Yanvarın 28-də təhsil nazirinin müavini, Nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.


“Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq əlaqələr sektorunun məsləhətçisi vəzifəsinə namizəd Elmira Səmədzadənin, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin Qiymətləndirmə sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Aidə Baxışlının və Ağca Ağayevanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb.

 

İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 1 nəfərin şikayətinin təmin olunması və 2 nəfərin şikayətinin təmin olunmaması barədə Şura tərəfindən qərar qəbul olunub.