Atletika idman növü üzrə 38-ci Azərbaycan çempionatı keçirilib. 


Çempionatda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 9 komanda olmaqla 140 idmançı iştirak edib. 


Yarışda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarından ibarət Mərkəzin yığma komandası 7 qızıl, 4 gümüş, 2 bürünc medal qazanaraq ümumi hesabda I yeri tutub.