İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlərin buraxılış imtahanı Dövlət İmtahan Mərkəzinin (DİM) 11 illik orta təhsil səviyyəsi üzrə mart ayı ərzində keçirəcəyi şəhər və rayonların imtahan qrafikinə uyğun peşə liseyinin yerləşdiyi şəhərdə (rayonda)  keçiriləcək. 

 

DİM-dən bildirilib ki, şagirdlər peşə liseyi hansı rayonda yerləşirsə, həmin rayon üçün nəzərdə tutulmuş tarixdə (5, 6, 12 və ya 13 mart) imtahan verəcəklər. 

 

11 illik orta təhsil səviyyəsi üzrə (o cümlədən peşə liseyi şagirdlərinin ) buraxılış imtahanlarının rayon və şəhərlər üzrə qrafiki ilə buradan tanış olmaq mümkündür.

 

Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı isə martın 14-də keçiriləcək.