Macarıstanda 2022-2023-cü tədris ili üzrə təqaüd proqramına müraciətlərin qəbulu prosesi davam edir. Müraciət üçün son tarix 28 fevral 2022-ci il nəzərdə tutulub.

 

Təqaüd proqramı Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən birgə elan edilib. Proqram qida təhlükəsizliyi və keyfiyyət mühəndisliyi ixtisasları üzrə magistr pilləsini özündə ehtiva edir.


Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.