Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı fevralın 20-də keçiriləcək. Dövlət İmtahan Mərkəzi imtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırıb ki, artıq "İmtahana buraxılış vərəqəsi"ni  çap edə bilərlər.

 

“İmtahana buraxılış vərəqəsi”, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (buraxılış vәrәqәsi ilә birlikdә çap edirsiniz, imzalayırsınız vә imtahan zalına daxil olduqda nәzarәtçiyә tәhvil verirsiniz) və "Yaddaş kitabçası"nı çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır. .

 

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.