Fevralın 16-dan ölkənin bütün ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də ikinci semestrin dərsləri başlayır. 

         

AzMİU-dan bildirilib ki, universitetdə dərslər hibrid formada keçiriləcək. Rektorluğun iclasında qəbul olunan qərara əsasən, 2021/2022-ci tədris ilinin yaz semestrinin dərsləri 30 faiz onlayn, 70 faiz ənənəvi qaydada təşkil ediləcək. Belə ki, mühazirə dərsləri onlayn, praktik dərslər, laboratoriya dərsləri, seminarlar oflayn formada keçiriləcək. Dərslərdə tələbələr arasında ara məsafəsinin gözlənilməsi, maskalardan, dezinfeksiyaedici məhlullardan istifadə və s. qaydalara ciddi əməl olunacaq.