Təhsil Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IT kurslarına başlanılıb. 


IT kursları (bootcamp) 2021-2022-ci tədris ilinin yaz semestrini əhatə edəcək. Kursda ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri iştirak edirlər.

 

Kurslarda veb-tərtibatçılıq və sistem inzibatçılığı üzrə tədris verilir və 300 tələbəni əhatə edir. 


Qeyd edək ki, layihənin məqsədi tələbələrin “junior” səviyyədə mütəxəssis kimi yetişdirilməsidir.