4-18 fevral 2022-ci il tarixlərində Naxçıvan şəhərində Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyası tərəfindən kişilər arasında şahmat idman növü üzrə Azərbaycan çempionatı keçirilib.


Çempionatda ölkənin müxtəlif rayon və şəhərlərindən beynəlxalq əmsalı 2300-dən yuxarı olan, 2022-ci il üçün Naxçıvan Muxtar Respublikasının çempionatında I-III yerlərin tutmuş  idmançılardan ibarət  24 şahmatçı qatılıb.


Yarışda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları  uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Məhəmməd Muradlı qızıl medal qazınıb.


Çempionatda 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Aydın Süleymanlı isə yarışı IV yerdə başa vurub.


Qeyd edək ki, yarışda I-IV yerləri tutan şahmatçılar mart ayında Sloveniyada keçiriləcək kişilər arasında Avropa çempionatında iştirak edəcək.