Azərbaycan Dövlət Aqrar Universitetində  müxtəlif ixtisaslarda magistratura təhsili alan tələbələr üçün təlimlərə başlanılıb.


Universitetin Tədris şöbəsinin müdiri Elay Zeynallı, Elm şöbəsinin müdiri Elçin Nəsirov, Keyfiyyət Təminatı və Strateji İnkişaf şöbəsinin müdiri Mehman Kərimov magistrlara elmi tədqiqatın əsasları, akademik yazı bacarıqlarının artırılması və magistr dissertasiyalarının hazırlanması barədə ətraflı məlumat verib.


Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.