Naxçıvan Dövlət Universitetində (NDU) məktəblilər arasında basketbol yarışı keçirilib.

 

Universitetdən bildirilib ki, ali məktəbin idman zalında keçirilən yoldaşlıq görüşündə Babək rayon və Naxçıvan şəhər basketbol komandaları üz-üzə gəlib.

      

NDU-nun Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov görüşün məqsədi haqqında komandalara ətraflı məlumat verib. Qeyd edilib ki, yoldaşlıq görüşünün keçirilməsində məqsəd muxtar respublikada basketbolu inkişaf etdirmək, idmançılar arasında dostluq münasibətlərini möhkəmləndirməkdir.

     

Xocalı soyqırımı  qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verilib.

     

Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən görüşün yekun nəticəsinə görə, “Lokomotiv” komandası  49:16 hesabı ilə “Babək”  komandasına qalib gəlib.

     

Sonda komandalara diplom və hədiyyələr təqdim olunub.