Ağdam rayon 11,12, 95 nömrəli tam orta məktəblərinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə iştirak edən Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Tahir Abbasov bildirib ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib:”1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır... Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq. Bədnam qonşumuzun tarixdə dəfələrlə xalqımıza qarşı törətdiyi vəhşilikləri gələcək nəsillərə mütləq çatdırmalıyıq”.

 

T.Abbasov bildirib ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq və 44 günlük Vətən müharibəsində qazandığımız qələbə ilə erməni faşistlərindən Xocalının intiqamını almışıq.    

 

Tədbirdə şagirdlərin ifasında faciəyə həsr olunan səhnələr göstərilib, məktəbin foyesində isə dama oyunu izlənilib.