“Təhsil” Respublika İdman Mərkəzinin həndbol idman növü üzrə 2006-2008-ci il təvəllüdlü oğlan və qızlar arasında respublika birinciliyi keçirilib.


Pandemiya qaydalarına uyğun təşkil olunan yarışda uşaq-gənclər idman-şahmat məktəblərindən 5 komanda birincilik uğrunda mübarizə aparıb. 


Yarışda I, II yerləri “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi tutub.


Qalib komandalar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunub. 


Qeyd edək ki, yarışın keçirilməsində məqsəd həndbol idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılması, şəhər və respublika yarışlarında iştirak etmək üçün Mərkəzin yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.