“Təhsil” Respublika İdman Mərkəzinin boks idman növü üzrə 2006-2007-ci il təvəllüdlü oğlan və qızları arasında respublika birinciliyi keçirilib.


Pandemiya qaydalarına uyğun təşkil olunan yarışda uşaq-gənclər idman-şahmat məktəblərindən 15 komanda olmaqla, 181 nəfər idmançı mübarizə aparıb. 


Ümumi hesabda 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi I yeri, Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbi II yeri, Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi III yeri tutub.


Qalib idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunub. 


Qeyd edək ki, yarışın keçirilməsində məqsəd boks idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılması, şəhər və respublika yarışlarında iştirak etmək üçün Mərkəzin yeniyetmələrdən ibarət yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.