Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın təmin edilməsi məqsədilə nazirliyin rəsmi internet səhifəsində yeni "Təqvim" bölməsi istifadəyə verilib.


Yeni bölmədə vətəndaşlar ilboyu Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək xidmətlər və tədbirlər barədə məlumat əldə edə və müvafiq olaraq onların başlama və bitmə tarixləri ilə tanış ola bilərlər.


Yeni yaradılan bölmə il ərzində həyata keçiriləcək tədbirlərin tarixini əks etdirərək vətəndaşların tədbirin statusu ilə bağlı məlumat əldə etməsində faydalı olacaq. Eyni zamanda, bölmədə təhsil pilləsinə, statusuna, başlama və bitmə vaxtına görə mövcud tədbirin daha asan tapılması məqsədilə filter xidməti də əlavə olunub.


Bölmədə qeyd olunan tədbirlərin vaxtı il ərzində prosesin gedişatı ilə bağlı olaraq dəyişə bilər. Bu məqsədlə, hər hansı bir tədbirin vaxtından xəbərdar olmaq üçün vətəndaşların mütəmadi olaraq bölməyə nəzər yetirmələri tövsiyə olunur.


Bölmə ilə tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiniz: https://edu.gov.az/az/calendar