Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş təhsil müəssisələri arasında voleybol üzrə şəhər turniri keçirilib.

 

Universitetin İdman-sağlamlıq kompleksində baş tutan turnirdə MDU, Mingəçevir Turizm Kollecinin tələbələri, Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbi və Mingəçevir şəhər 14 saylı tam orta məktəbin şagirdlərindən ibarət komandalar mübarizə aparıblar. Şəhər turnirini qalibiyyətlə başa vuran MDU komandasının üzvləri kubok və diplomlarla mükafatlandırılıblar.