Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyası tərəfindən ümumtəhsil məktəblərinin 5-ci sinif şagirdləri arasında 4 mərhələ üzrə təşkil olunan respublika birinciliyinin rayondaxili yarışlarına start verilib.

 

Cari ilin fevral ayının 23-dən başlayan rayondaxili yarışlar mart ayının 19-da başa çatacaq. Yarışların bu mərhələsinin nəticəsinə əsasən mütəxəssislər tərəfindən istedadlı oyunçular müəyyən edilərək rayon, şəhər üzrə qız və oğlanlardan ibarət yığma komandalar formalaşdırılacaq. Həmin komandalar yarışların zona mərhələsində mübarizəni davam etdirəcək. Bu mərhələdə I, II yeri tutan komandalar isə finalda yarışacaqlar. 

 

Yarışlar Beynəlxalq Basketbol Federasiyası (FİBA) tərəfindən təsdiq olunmuş qaydalar əsasında keçirilir.

 

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd məktəblilər arasında basketbol idman növünü təbliğ etmək, istedadlı məktəbliləri bu idman növünə cəlb etmək, uşaqlar arasında dostluq əlaqələrini gücləndirməkdən ibarətdir.