“Təhsil” Respublika İdman Mərkəzinin Yunan-Roma güləşi üzrə Respublika birinciliyi keçirilib.

 

Beynəlxalq Güləş Federasiyasının qaydaları əsasında 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışa uşaq-gənclər idman-şahmat məktəblərindən 18 komanda olmaqla, 242 nəfər idmançı qatılıb. İki gün davam edən yarışın nəticəsinə əsasən, yeniyetmələr arasında mükafatçılar müəyyən edilib. Ümumi hesabda Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi I yeri, 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi II yeri, Lənkəran şəhər uşaq-gənclər idman-şahmat məktəbi III yeri tutub.

 

Qalib idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunub. 

 

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Yunan-Roma güləşinin təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılması, Mərkəzin yeniyetmələrdən ibarət yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.