Dövlət İmtahan Mərkəzi (DİM ) “Abituriyent” jurnalının 2-ci nömrəsini nəşr edib.

 

Bu nömrədə 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri dərc edilib.

 

DİM-dən bildirilib ki, jurnalda, həmçinin, bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalələr, tarix fənnindən “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi), coğrafiya fənnindən “Azərbaycanın iqtisadi rayonları” mövzuları verilib.

 

Jurnalda cavabların “Cavab kartı” və “Cavab vərəqi”ndə qeyd olunma qaydasının  izahı göstərilib.

 

Bundan başqa, 2021-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları və digər zəruri materiallar təqdim olunub. 

 

Jurnal iki dildə – Azərbaycan və rus dillərində nəşr edilib.

 

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.