Martın 14-də Lütfi Zadə adına məntiq olimpiadasında iştirak üçün elektron qeydiyyat prosesi başa çatacaq. Proses bu gün saat 18:00-dək davam edəcək. 


Sözügedən bilik yarışında iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və Olimpiadalar” bölməsində  müvafiq elektron xidmətdən faydalana bilərlər. 


Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası V sinif şagirdləri arasında keçirilir. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyazi məntiqlə yanaşı  məntiqi təfəkkür, yaradıcılıq, diqqət, hafizə, analiz, müqayisə, planlama və təhlil kimi bacarıqlarının inkişafına müsbət təsir göstərməkdir.