Türkiyənin Batman Universitetinin rektoru, professor İdris Demir və nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və universitetin prorektorlarının iştirakı ilə görüş keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin tarixi, beynəlxalq əməkdaşlıq əlaqələri və qoşulduğu layihələr haqqında məlumat verib, layihələrin ən uğurlusu olan UFAZ təcrübəsindən danışıb.

 

Professor İdris Demir də öz növbəsində Batman Universitetində fəaliyyət göstərən mərkəzlər, tədris olunan ixtisaslardan bəhs edib.

 

Azərbaycan-Türkiyə əlaqələrindən danışan səfir Cahit Bağcı son illərdə əməkdaşlığın daha da genişləndirilməsini qeyd edərək,  iki qardaş ölkənin ali təhsil müəssisələri arasında belə əməkdaşlıq əlaqələrinin qurulmasının yüksək perspektivli nəticələr verəcəyinə əminliyini bildirib.

 

Sonda iki ali məktəb arasında əməkdaşlığa dair memorandum imzalanıb.