Naxçıvan Dövlət Universiteti Dünya iqtisadiyatı və menecment kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımov, İqtisadiyyat kafedrasının dosenti,  iqtisad üzrə fəlsəfə doktoru Əşrəf Ələkbərovun həmmüəllifi olduqları “İstehsal müəssislərində idarəetmənin təşkili məsələləri” adlı elmi məqalə Rusiyanın Volqoqrad şəhərində beynəlxalq elmi jurnalda nəşr olunub.

 

Müəlliflər məqalədə bazar münasibətləri şəraitində menecment xüsusiyyətlərini araşdırıb, onların müasir dövr üzrə xüsusiyyətlərinə nəzər salıblar. Məqalədə idarəetmə cəmiyyətin bütün sahələrini əhatə edən çoxcəhətli bir proses olaraq nəzərdən keçirilib. Müəlliflər sonda müasir iqtisadi şəraitdə idarəetmə keyfiyyətlərinin məqsədyönlü istifadə olunmasını davamlı iqtisadi artımın hərəkətverici qüvvəsi kimi əsaslandırıblar.