Azərbaycan-Fransız Universitetinin (UFAZ) Kimya mühəndisliyi üzrə bakalavr pilləsinin tələbəsi Ləman Cəlilova dünyanın ən qabaqcıl texnologiya universiteti olan Massaçusets Texnologiya İnstitutuna (MIT) tam təqaüdlə qəbul olub.  

 

UFAZ-dan verilən məlumata görə, L.Cəlilova Amerikanın nüfuzlu ali məktəbində magistr təhsili alacaq. O da bildirilib ki, universitetin tələbəsi dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə uğur qazanıb.