Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsinə qatılmaq üçün layihələrin qəbulu prosesi sabah yekunlaşır.

 

Müsabiqədə iştirak etmək istəyənlər  31 mart saat 23:59-dək layihələrini təqdim etməlidirlər. Layihələrin qəbulu  www.grants.edu.az  saytı üzərindən həyata keçirilir.

 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

 

Qeyd edək ki, müsabiqə barədə hər hansı sualınız olduğu təqdirdə [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.