Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev məktəbinin lektoriyasında Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İdman və sağlamlıq klubu, incəsənət və fiziki tərbiyə fakültəsinin birgə təşkilatçılığı ilə “Uğurun alqoritmi” adlı görüş keçirilib. Görüşün qonağı tanınmış taekvandoçu, İslam Həmrəyliyi, Birinci Avropa Oyunları və Dünya Kubokunun qızıl medalçısı Ayxan Tağızadə olub. O, keçdiyi uğur yolunun sirlərindən bəhs edib, məşğul olduğu sahə ilə bağlı maraqlı məlumatları tələbələrlə bölüşüb.

 

Görüş diskussiya şəklində davam edib.