Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin  təşkilatçılığı ilə “Həyatda və karyerada nitqinlə fərqlən!” adlı beş moduldan ibarət natiqlik təlimləri başa çatıb. Fevralın 21-dən başlanan təlimlərdə universitetin gənc akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

 

MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Svetlana Nəsibli tərəfindən keçirilən təlimlər gənclərdə nitq mədəniyyətinin və natiqlik bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.

 

Təlimlər “İşgüzar və akademik sferada nitqin sənin imicindir”, “Səhnədə nitq zamanı həyəcan və qorxunun dəf edilməsi”, “Danışma və dinləmə mədəniyyəti”, “Ünsiyyət zamanı nitq etiketlərindən istifadə”, “Verbal və qeyri-verbal kommunikasiya vasitələri”, “Nitqin effektivliyinə təsir edən səbəblər və nitq texnikasının komponentleri”, “Kommunikasiya prosesində imicin rolu”, Yazılı kommunikasiya zamanı orfoqrafiya qaydalarından düzgün istifadənin əhəmiyyəti”, “Yazılı nitqdə durğu işarələrinin məqama uyğun işlədilməsi”, “Mədəni nitqə verilən başlıca tələblər” və “Peşəkar ünsiyyət qurma və özünü təqdimetmə bacarıqları” mövzularını əhatə edib.

 

Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.