Mingəçevir Dövlət Universiteti (MDU) və “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsi arasında əməkdaşlıq çərçivəsində universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün növbəti iki həftəlik təlim-təcrübə proqramına start verilib.

 

Təcrübə proqramında iştirak hüququ qazanmış MDU-nun 6 tələbəsi “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsində ofis şəraitində sığorta işinin təşkili, risklərin hesablanması və idarə edilməsi, sığorta fəaliyyətinin əsasları, müştərilərlə əlaqələrin qurulması ilə bağlı təcrübə keçəcək və müvafiq təlimlərdə iştirak edəcək.

 

Bildirilib ki, təlim-təcrübə proqramına qatılmaqla tələbələr gələcəkdə işlə təmin olunma imkanları da əldə edirlər.