Aprelin 3-də ümumtəhsil məktəblərinin  6-7-ci sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin  rayon (şəhər) mərhələsi keçirilib.

Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində 25000-ə yaxın şagird iştirak edib.

Şagirdlər 11 aprel tarixindən etibarən 2 mərhələdən ibarət olan fənn müsabiqələrinin nəticələrini www.portal.edu.azwww.olimpiada.edu.az saytlarından və təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.