Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının üzv təşkilatlarının iştirakı ilə mini futbol turniri keçirilib. Turnirdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının komandası da iştirak edib.

 

İlk qarşılaşma Dövlət İdarəçilik Akademiyası və Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə olub.

Oyun 5:2 hesabı ilə yekunlaşıb.

Turnir may ayının sonunadək davam edəcək.