Aprelin 6-da “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.


Proqramın budəfəki qonağı Sinqapur Milli Təhsil İnstitutunun direktoru, professor Kristin Goh olacaq. İnnovativ elmi tədqiqatları ilə dünyada tanınan professor ilə Sinqapur təhsilinin uğur təcrübəsi barədə danışılacaq.


Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network" platformasının təşkilatçılığı ilə davam edən proqram nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.