Təhsil Nazirliyi "Təhsil masası" adlı həftəlik brifinqlər təşkil edəcək. 

 

Məqsəd mediadan ünvanlanan sualların operativ cavablandırılması, həftə ərzində daha çox müraciət edilən məsələlərə aydınlıq gətirilməsidir.

 

İlk həftəlik brifinq 6 aprel saat 10:00-da nazirliyin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq. 

 

"Təhsil masası"nın budəfəki mövzusu 2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı” ilə bağlıdır.