Mingəçevir Dövlət Universitetinin (MDU) İnformasiya texnologiyaları kafedrasının müdiri Aida Mustafayeva və müəllimi Asudə Abdurrahmanova Orta Doğu Texniki Universitetində (ODTÜ) təlim və təcrübədə iştirak məqsədilə Türkiyədə səfərdə olublar.

 

Səfər Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsində Naxçıvan Universitetinin qalib olduğu “İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi çərçivəsində təşkil edilib.

 

MDU əməkdaşları 7 gün ərzində ODTÜ-də İnsan-maşın interfeysləri laboratoriyasında, Dizayn fabrikində, Lego laboratoriyasında və Texnoparkda tədqiqatlarla tanış olub, Kompüter mühəndisliyi kafedrasında təşkil edilən təlim və seminarlarda iştirak ediblər.