Təhsil İnstitutu və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qubada keçiriləcək tələbələrin hakatonunda iştirak üçün qeydiyyat davam edir.

 

Hakaton 29 aprel - 3 may tarixlərini əhatə edəcək.

 

Hakatonun keçirilməsində əsas məqsəd informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarını artırmaq, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsidir.

 

Hakatonda iştirak etmək istəyən tələbələr 20 aprel 2022-ci il tarixinədək https://anket.edu.az/link/181 linki vasitəsilə qeydiyyatdan keçərək, ərizə formasında qeyd olunan 4 istiqamətdən birini seçərək, seçdiyi istiqamət üzrə öncədən təşkil olunan imtahanda uğur qazanaraq final iştirakçılar siyahısında yer ala bilərlər.

 

Qeyd edək ki, hakatonda ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və əlaqəli ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

 

Daha ətraflı məlumatı müvafiq link vasitəsilə əldə edə bilərsiniz:  https://bit.ly/3xja4eE