12-22 aprel tarixlərində Təhsil Nazirliyinin “SABAH qrupları” layihəsinin tərəfdaşlığı ilə “Eksponensial İnnovasiyalar Dünyası” adlı IV Orta Asiya Nobel festivalı keçirilir.


Bu il Nobel festivalı Azərbaycan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Çin və Səudiyyə Ərəbistanında eyni vaxtda 8 dildə, o cümlədən Azərbaycan, özbək, qazax, gürcü, ərəb, çin, rus və ingilis dillərində təşkil edilib.


"Eksponensial İnnovasiyalar Dünyası" onlayn elmi simpoziumunun əsas mövzusu "Yeni iqtisadiyyatın modelləşdirilməsi", "Süni intellektin üstünlüyü", "Sıfır emissiya yarışı", "Rəqəmsal və Metakainatda Həyat" istiqamətlərinə həsr edilib.
 

Bu il festivalda Nobel Sülh Mükafatı laureatı Xose Manuel Barrozu, Peyvəndlər və İmmunizasiyalar üzrə Qlobal Alyansın sədri, Avropa Komissiyasının sədri (2004-2014), Portuqaliyanın keçmiş Baş naziri, sintetik biologiyanın atası Corc Çerç, Harvard Tibb Məktəbinin genetik professoru və digər məşhur mütəxəssislərin çıxışı nəzərdə tutulub.


Festivalda iştirak edən bütün universitetlər və tələbələr üçün xüsusi hədiyyə olaraq Harvard Universitetinin professorunun bir həftəlik pulsuz dərsləri təşkil ediləcək.


İştirak etmək istəyənlər http://courses.nobel-fest.org/  saytı üzərindən qeydiyyatdan keçə bilərlər.


Nobel festivalında qeydiyyatdan keçən bütün tələbələr və iştirakçılar pulsuz iştirak sertifikatı alacaqlar.


Çıxışları izləmək üçün qeydiyyat linki: https://nobel-fest.inpolicy.net