Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ərizələrin qəbulu internet vasitəsilə aparılır və 19 aprel saat 09:30-a olan məlumata əsasən, 26778 (Azərbaycan bölməsi -26046; rus bölməsi - 732) abituriyent öz  ərizəsini təsdiq edib.

 

Ərizələrin qəbulu 2022-ci il 25 aprel saat 23:59-dək davam edəcək. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

 

Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan  tanış olmaq olar.