Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23-24 aprel tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında 12 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, hərəkət məhdudiyyətli və digər) şagird də iştirak edəcək.

 

DİM-dən bildirilib ki, onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.