Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsisçisi olduğu “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın  cari ildə birinci nömrəsi  çapdan çıxıb. Jurnalda pedaqogika, texnika, iqtisadiyyat, informatika, ekologiya və digər fundamental elmi bölmələri üzrə  məqalələr, metodiki yazılar verilib.

 

Jurnalın mündəricat  hissəsi Azərbaycan, ingilis və rus dillərində öz  əksini tapıb. Jurnalda  “Pedaqoji  texnologiyalar; mahiyyət və məzmun məsələləri” (Ənvər Abbasov, Təhsil İnstitutunun direktor müavini,  fəlsəfə doktoru, dosent, Kəmalə Quliyeva, ADPU-nun  dosenti, fəlsəfə doktoru), “Təlimin optimallaşdırılmasının üsul,  vasitə və tərzləri” (Kamal  Camalov, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, elmlər doktoru), “Birləşmiş Ərəb Əmirliklərinin turizmi (Sevinc Qasımova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində STK-nın müəllimi) və  ayrı-ayrı  müəlliflərin maraqlı məqalələri verilib.

 

İlk məqalədə pedaqoji texnologiyaların meydana gəlməsi  və inkişafından danışılır. Onun mahiyyəti və məzmunu məsələləri araşdırılır və pedaqoji texnologiyalara verilən tələblər, onalrın  tətbiqi prinsipləri şərh edilir.

 

Digər məqalələrdə təlim-tərbiyə işi və   təhsilin inkişafında məktəbin əvəzolunmaz rolundan, vətənpərvərlik tərbiyəsi  aşılayan taleyüklü məsələlərdən  bəhs edilir.

 

Şakir CƏFƏROV