Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Amerikada təhsil proqramları” mövzusunda seminar keçirilib.

 

Universitetin tələbə və magistrantlarının iştirak etdiyi seminarda MDU-nun Xarici dillər kafedrasının müəllimi Lalə Rüstəmova təqdimatla çıxış edib. Təqdimatda Amerika universitetlərində təhsil almaq üçün mövcud təqaüd proqramları barədə ətraflı məlumat verilib

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.