Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında mini-futbol üzrə çempionatın 1/8 və 1/4 mərhələsinin görüşləri keçirilib.

 

Oyunların nəticələrinə əsasən, Bakı Dövlət Universiteti,  Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Universiteti və  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

 

Yarımfinal oyunları aprelin 30-də, final görüşü isə mayın 7-də keçiriləcək.

 

Qeyd edək ki, Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai birliyi və “Azfar Qroup” QSC-nin dəstəyi ilə keçirilən çempionatın məqsədi Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda ümummilli lider Heydər Əliyev irsinin təbliği, idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsidir.

 

1/8 və 1 /4 mərhələsinin nəticələri