Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Kiber təhlükəsizlik günləri” çərçivəsində keçirilən təlimlər başa çatıb.

 

MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlarının iştirakı ilə baş tutan təlimlərdə universitetin qonaq professoru Ercan Nurcan Yılmaz “Kiber təhlükəsizlik”, İnformasiya texnologiyaları kafedrasının müəllimi Məryəm Əsədova “Sosial şəbəkələrin təhlükəsizliyi” və Mingəçevir Tekstil MMC-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yasin Quliyev “İnternet, mobil təhlükəsizlik” mövzularında təqdimatlarla çıxış ediblər.

 

Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.