Azərbaycan Dövlət Pedaqoji Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə fakültələrarası basketbol yarışının (oğlanlar və qızlar arasında) final oyunları keçirilib.

 

Oğlanlar arasında final oyunu tarix və coğrafiya fakültəsi ilə incəsənət və fiziki tərbiyə fakültəsinin komandaları arasında keçirilib və yekunda tarix və coğrafiya fakültəsinin komandası birincilik qazanıb.

 

Qızlar arasında Basketbol yarışının final oyununda isə riyaziyyat və fizika fakültələrinin komandaları üz-üzə gəlib. Yarışın sonunda fizika fakültəsinin komandası qalib olub.

 

Qeyd edək ki, ümumi hesabda kimya və biologiya fakültəsinin komandaları həm oğlanlar, həm də qızlar arasında üçüncü yerə çıxıb.