Mingəçevir Dövlət Universitetinin  Tələbə Gənclər Təşkilatının  təşkilatçılığı ilə universitetin bir qrup tələbəsi Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

 

Ekskursiyada gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında məlumatlar verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

 

Daha sonra tələbə və magistrantlar Ulu öndərin həyat və fəaiyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.