Şüvəlan qəsəbə Mədəniyyət evində Xəzər rayon məktəbliləri arasında Beynəlxalq Rəqs Gününə həsr olunan müsabiqə keçirilib. Müsabiqə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evinin, Xəzər rayon  Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.  

      

Müsabiqənin münsif heyətini təmsil edən tanınmış incəsənət xadimləri   Əməkdar artist Elçin Allahverdiyev və XII Ümumdünya Rəqs Festivalının diplomantı Dilbər Abdullayeva istedadlı yeniyetmələrin ifasını qiymətləndirib, qaliblərə diplomlar təqdim olunub.

    

Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrə Azərbaycan xalq  rəqslərinin tarixini, onların milli xüsusiyyətlərini öyrətmək, uşaqların  istedadlarını üzə çıxarmaq, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.

 

Sifai SƏFƏROVA