ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən olan Rutqers Universitetinin professoru Huşəng Əmirəhmədi Mingəçevir Dövlət Universitetində (MDU) “Dayanıqlı inkişafda təhsilin artan rolu” mövuzusunda seminar keçirib. Onlayn formatda təşkil edilən seminarda universitetin əməkdaşları, tələbələri və magistrantları iştirak ediblər.

 

Təhsil və dayanıqlı inkişaf məsələləri barədə danışan professor Əmirəhmədi keyfiyyətli təhsilin insan kapitalının və ölkə iqtisadiyyatının inkişafındakı mühüm rolundan bəhs edib, ömürboyu təhsilin, praktiki bilik və bacarıqların mənimsənilməsinin önəmini diqqətə çatdırıb.

 

Dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi ilə cəmiyyətin inkişafında yeni keyfiyyət mərhələsinin başlandığını bildirən professor müasir dövrdə BMT-nin 17 dayanıqlı inkişaf məqsədindən biri olan keyfiyyətli təhsilin təmin edilməsi sahəsində başlıca hədəflər, potensial imkanlar və mümkün həllərlə bağlı fikirlərini bölüşüb.

 

Sonra məruzə ətrafında müzakirələr aparılıb və seminar iştirakçılarının sualları cavablandırılıb.