Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi və yekun konserti keçirilib. 

 

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında 4 nominasiya üzrə (şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs) keçirilən müsabiqəyə 3000-ə yaxın tələbə qatılıb. Müsabiqədə peşəkar münsiflər heyəti tərəfindən 86 qalib müəyyən olunub. 

 

Tədbirdə şagird və tələbələrin ifasında ümummilli liderə həsr olunmuş şeir və mahnılar səsləndirilib. 


Yekunda qaliblərə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.

 

Qeyd edək ki, müsabiqənin məqsədi ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı gəncləri üzə çıxarmaqdan ibarət olub.