Mingəçevir Dövlət Universitetində (MDU) təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev irsi müasir Azərbaycanın mədəni və intellektual sütunudur” mövzusunda elmi seminar keçirilib. Seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

 

Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Hidayətova universitetdə ideoloji maarifləndirmə çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, gənc nəsilə çatdırılması ilə bağlı görülən işlərin xüsusi əhəmiyyətindən danışıb, seminarın önəmini vurğulayıb.

 

Sonra proqrama uyğun olaraq məruzələr dinlənilib.

 

MDU-nun Xarici dillər kafedrasının müdiri, dosent Zenfira Əzizova “Heydər Əliyev irsi Azərbaycan xalqının milli-mənəvi xəzinəsidir”, Humanitar fənlər kafedrasının dosenti Namaz Manafov “Heydər Əliyev və müasir Azərbaycan dili”, həmin kafedranın baş müəllimlərindən İlham Məmmədov “Heydər Əliyev və multikultural dəyərlər”, Mətanət Yusifova “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.