Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan şahmat turniri keçirilib.

 

Tədbir iştirakçıları- Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmisi Samirə İsmayılova, Şirvan şəhər Uşaq Gənclər İdman-şahmat məktəbinin direktoru  Ramil Tağıyev  və məktəbin  kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Ulu Öndərin adını daşıyan mərkəzdə onun siyasi fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib.

 

Turnirin açılış mərasimində Uşaq Gənclər İdman-şahmat məktəbinin direktoru Ramil Tağıyev idmançıları yarışın  qaydaları ilə tanış edib.

 

Yarışda 100-ə yaxın idmançı  öz bacarığını sınayıb.

 

Sonda qaliblər diplom, medal və digər hədiyyələrlə mükafatlandırılıb.

 

Sifai SƏFƏROVA