Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən kitab sərgisi keçirilib.

 

MDU kitabxanasının təşkilatçılığı ilə universitetin ikinci tədris binasının həyətində keçirilən sərgidə mühəndislik və təhsil fakültəsinin tələbələri iştirak ediblər.

 

Əvvəlcə tələbələr ulu öndər Heydər Əliyevin büstünün qarşısına gül dəstələri düzüb və dünyaşöhrətli siyasətçinin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

 

Sərgidə gənclər əbədiyaşar lider, müasir Azərbaycan dövlətinin memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyat yolu və titanik fəaliyyətindən bəhs edən kitablarla tanış olublar.

 

Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.