Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş inşa, şeir və rəsm müsabiqəsi sona çatıb.

 

MDU-nun rektoru Şahin Bayramov müasir Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə və təbliğinə universitetdə xüsusi önəm verildiyini vurğulayıb, tələbələrin istər ölkə, istər region, istərsə də universitet miqyasında keçirilən tədbirlərdə fəal iştirakından məmnunluğunu bildirib.

 

Sonra müsabiqə iştirakçıları mükafatlandırılıb. Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bədii yaradıcılıq müsabiqə-festivalına, eləcə də universitetdə təşkil edilən inşa, şeir və rəsm müsabiqəsinə qatılmış tələbələr universitetin Fəxri fərmanı və təşəkkürnamələr ilə təltif olunublar.

 

Tədbirin konsert proqramı hissəsində tələbələrin təqdimatında Ümummilli Liderə həsr olunan şeirlər və mahnılar səsləndirilib, milli və xarici xalqlara məxsus  rəqslər ifa edilib, rəsmlər nümayiş olunub.

 

Tədbir universitetin tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanıb.