Türkiyənin Antalya şəhərində “Harmony” adlı beynəlxalq musiqi müsabiqəsi  keçirilib. Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, Qazaxıstan, İran, Litva, Ermənistanın təmsil olunduğu müsabiqə vokal, fortepiano və fortepiano dueti olmaqla, üç kateqoriya üzrə təqdim edilib. Bu üç nominasiyanın hər birində Azərbaycan musiqiçiləri milli ifaçılıq nümayiş etdirərək, uğur qazanıblar. Belə ki, yarışın nəticələrinə görə, fortepiano nominasiyası üzrə l yer Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Zəhra Cahan Şıxəliyeva və Rəşad Ağayev arasında bölüşdürülüb. II yeri Akademiyanın tələbələri Elmar Hüseynov, Nərmin İbrahimova, III yeri isə Akademiyanın daha bir tələbəsi Arian Qəhrəmani (İran) və Sumqayıt  məktəblisi Aytac Vəlizadə qazanıblar.

 

Qeyd  edək ki, fortepiano dueti nominasiyasında ölkəmizdən olan 2 duet üzrə-  Bakı Musiqi Akademiyasının müəllimləri Sevda Məmmədli və Vüsalə Babayeva, tələbələrdən Cəmalə Abdinzadə və Əzizə Ağazadə öz aralarında  I yeri bölüşüblər. Vokal nominasiyası üzrə isə Aqşin Xudaverdiyev qələbə qazanıb.

      

Sifai SƏFƏROVA