12-16  may 2022-ci il tarixlərində Türkiyənin Trabzon şəhərində boks idman növü üzrə 2006-2007, 2008-2009-cu il təvəllüdlü  yeniyetmə oğlanlar arasında beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan, Türkiyə və Gürcüstan komandalarından ibarət 82 nəfər idmançı mübarizə aparıb.

 

Yarışda iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları 8 qızıl, 2 gümüş, və 1 bürünc olmaqla, ümumilikdə 11 medal qazanıb.

 

Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!